Tanınmış kino xadimi, rejissor Ramiz Əliyev (Ramiz Hindarxlı) 14 yanvar 2022-ci ildə, ömrünün 84-cü ilində yaşadığı Niderlandın Dodrext şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ramiz Əliyev 15 mart 1938-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. 1956-cı ildə “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayıb. Müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor olaraq Azərbaycan kinosuna töhfələr verib.
Onun rejissor kimi “Bəyin oğurlanması”, “Dəli Kür”, “Həm ziyarət, həm ticarət”, “İnsan məskən salır”, “İstintaq”, “Qayınana”, “Qızmar günəş altında”, “Möcüzələr adası”, “O olmasın, bu olsun”, “Otel otağı”, “Ölsəm, bağışla”, “Şir evdən getdi”, “Yenilməz batalyon” – ümumilikdə 40-a yaxın ekran işinin ərsəyə gəlməsində zəhməti olub.
Ramiz Əliyev 2018-ci ildə şəxsi arxivini Niderlanda yaşayan soydaşımız, Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadəyə bağışlayıb.
Allah rəhmət eləsin.