İyunun 28-də «Kristal Plaza» hotelində Azərbaycanda yeni nəşr edilən «Turizm, hotel və restoran» jurnalının təqdimat mərasimi keçirildi. Tədbirin açılışında çıxış edən jurnalın təsisçisi Tariyel Salahov bildirdi ki, Azərbaycanın turizm sektorunda baş verən yeniliklər jurnalın səhifələrində öz əksini tapacaq: «Biz belə bir nəşrin çap olunmasını çoxdan arzulayırdıq. Nəhayət, istəyimizi bu il - «Turizm ili»ndə reallaşdıra bildik».
   «Turizm, hotel və restoran» jurnalının baş redaktoru Gülşən Rəhimovanın sözlərinə görə, jurnal həm peşəkar turizm mütəxəssisləri üçün tribuna, həm də bu sahədə təzə işə başlayanlar üçün müəllim rolunu oynayacaq.
   Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Səyavuş Yeqanlı bu nəşrin turizm sahəsinə aid bütün spektrləri əhatə edəcəyini bildirdi. Onun sözlərinə görə, jurnaldan aşpazlıqdan tutmuş hotel və restoranlarda turistlərə təqdim edilən xidmətlərə qədər mövcud istiqamətlərdə istənilən məlumatları əldə etmək mümkün olacaq.
   AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov isə təqdim edilən jurnalın ali təhsil müəssisələrində, lisey və kolleclərdə oxuyan tələbələr üçün məlumat mənbəyinə çevriləcəyini dedi: «Azərbaycanda hotel və restorana aid belə bir jurnalın olmasına ehtiyac vardı. Jurnalın davamlı olaraq nəşri nəzərdə tutulur. Burada 2012-ci ildə Azərbaycanda keçiriləcək «Eurovision» musiqi yarışması haqqında mütəmadi yazılar dərc olunacaq». M.Ağakərimovun sözlərinə görə, bu vaxta qədər turizm təhsili verən ali məktəblərin tələbələri marketinq, menecment, turizm şəxsiyyətləri haqqında az məlumatlandırılıb: «Turizm sahəsinin mütəxəssislərinin bu jurnalın səhifələrində mütəmədi olaraq tövsiyələrinə yer veriləcək. Güman edirəm ki, bu jurnal Azərbaycan turizminin inkişafında müsbət rol oynayacaq».
   Tədbirdə Bakıda fəaliyyət göstərən bəzi restoranlar təqdim etdikləri yeməklərin keyfiyyətinə və çeşidinə görə müxtəlif nominasiyalar üzrə mükafatlandırıldı.
   Qeyd edək ki, nəfis şəkildə tərtib olunmuş «Turizm, hotel və restoran» jurnalının hər ay işıq üzü görməsi nəzərdə tutulub.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar