Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Azərbaycan Turizm Assosiasiyasının və «Gilan Tourism»in təşkilatçılığı ilə Türkiyənin turizm industriyasının bir qrup təmsilçisi Bakıya səfərə gəlir. Bu barədə qəzetimizə məlumat verən «Gilan Tourism»in baş koordinatoru Xəlil Durunun sözlərinə görə, səfərin reallaşdırılmasında məqsəd Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsidir. Nümayəndə heyətinin tərkibinə Türkiyə Turizm Yatırımçıları Dərnəyinin başkanı Turgut Gür, Türkiyə Səyahət Ajantaları Birliyinin başkanı Başaran Ulusoy, Türkiyə Turistik Hotelçilər və İşlətməçilər Birliyinin başkanı Timur Bayındır və DEİK Türkiyə-Azərbaycan İş Konseyinin başkanı Cengiz Gül daxildir.
   Türkiyə turizm sektorunun təmsilçiləri iyulun 1-də “Park İNN” mehmanxanasında Azərbaycanın turizm şirkətlərinin, ölkəmizdə fəaliyyət göstərən hotellərin və turizm qurumlarının rəhbərlərinin iştirakı ilə geniş bir toplantı keçirəcəklər. Tədbirdə türkiyəli qonaqlar azərbaycanlı həmkarlarını maraqlandıran suallara cavab verəcəklər.
   
    F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar