Azərbaycan Turizm İnstitutunda “Turizm bələdçilərinin və tərcüməçi-gidlərin Attestasiya Komissiyası”nın növbəti iclası keçirilib. 
   Tədbirdə ATİ-nin Təlim Mərkəzinin “Bələdçilik” kursunun ilk məzunlarına bələdçilik kartı və şəhadətnamələri təqdim olunub. Təqdimat mərasimində institutun prorektoru Eldar Aslanov diqqətə çatdırıb ki, bu ali təhsil ocağı yarandığı gündən turizm sənayesində çalışan işçi qüvvəsinin keyfiyyətini müasir səviyyəyə çatdırmağı, turizm sektorunda yeni iş yerlərini ixtisaslı kadrlarla təmin etməyi və turizm sənayesinin inkişafı üçün peşəkar mütəxəssislərin yetişdirilməsini qarşıya məqsəd qoyub. Bacarıqlı xidmət personalının hazırlanması üçün ATİ-nin nəzdində Təlim Mərkəzi yaradılıb. Mərkəzdə fəaliyyət göstərən bölmələrdən biri də bələdçilik kursudur.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov, ATİ-nin dekanı, dosent Nəsir Nəsirli imtahan qaydaları haqqında təkliflərini bildiriblər. Tədbirin sonunda Təlim Mərkəzinin “Bələdçilik” kursu imtahanının keçirilməsi vaxtı və imtahanın qiymətləndirilmə qaydaları müəyyənləşdirilib. 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar