Hər gün 3 milyon artır

 

Son həftələrdə dünya üzrə COVİD-19 infeksiyasına yoluxma sayı sürətlə artır.  Pandemiyanın statistikasını aparan “Worldometer” saytının məlumatına görə, gündəlik yoluxma (ölkələrin rəsmi statistikası əsasında) 3 milyonu ötür. Fevralın 2-də dünya üzrə  yoluxanların ümumi sayı 385 milyon nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5,7 milyondan çoxdur.

ABŞ COVİD-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 77 milyondan insan yoluxub, onlardan 914 mini  həyatını itirib.

Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 42 milyon nəfərdə COVİD-19 xəstəliyi təsdiqlənib, 498 mindən çox insan vəfat edib.

Üçüncü pillədə olan Braziliyada pandemiya dövrü ərzində 26 milyon nəfər virusa yoluxub, onlardan 628 mindən çoxu ölüb.

Qeyd edək ki, bunlar 3 fevral tarixinə olan statistikadır.