Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşəbbüsü ilə Milli Konservatoriya nəzdində Respublika İncəsənət Gimnaziyasında Vətən müharibəsi şəhidi Ramazan Əbülfət oğlu Göydağlının xatirəsi yad edilib.

Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova gimnaziyanın şagirdlərinə fevral ayında doğum günü olan Milli Qəhrəmanlar və İkinci Qarabağ müharibəsi şəhidləri haqqında məlumat verib, onların daima qəlbimizdə yaşayacağını bildirib.

Sonra Vətən uğurunda qəhrəmancasına həlak olan Ramazan Göydağlının göstərdiyi şücaətdən bəhs olunub.

Gimnaziyanın Ümumi təhsil şöbəsinin müdiri Zeynəb Cəfərova və müəllimə Nigar Həsənova çıxış ediblər. 7a sinif şagirdləri şəhidlərimizə həsr edilmiş şeirlər söyləyiblər.

Sonda kitabxananın əməkdaşı Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini söyləyib.