Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ilin beş ayında bu ölkəyə ən çox turist göndərən ölkələrin siyahısını açıqlayıb. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin əməkdaşı Nizami Zöhrabinin qəzetimizə verdiyi məlumata görə, bu ilin yanvarından may ayına qədər Türkiyəyə gələn turistlərin 14,6 faizini Almaniya, 13 faizini İran İslam Respublikası, 7,5 faizini Bolqarıstan vətəndaşları təşkil edib.
Azərbaycandan bu ölkəyə istirahətə gedənlərin sayı da artıb. 5 ay ərzində Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz artaraq 231 min nəfərə çatıb. Ötən ilin yanvar-may aylarında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 159 min 405 nəfər olub. Bu il ərzində Azərbaycandan Türkiyəyə yarım milyon turistin gedəcəyi güman olunur.