Dekabrın 22-də Yazıçılar Birliynin “Natəvan” klubunda şair Kərəm Kürqıraqlının 60 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan şair Dayandur Sevgin yubilyarı təbrik etdi. Çıxış üçün söz alan natiqlər Kərəm Kürqıraqlının sözə, ədəbiyyata olan yanğısından danışaraq onun şeirlərində dilin rəvanlığını xüsusi qeyd etdilər. Yubilyarın şeirlərinin uşaqlar tərəfindən ifa olunması tədbirə xüsusi bir rəng qatdı.
   Sonda Kərəm Kürqıraqlı çıxış edərək xoş sözlərə görə minnətdarlığını bildirdi.
   Feyziyyə