İyulun 5-də Kiyevdə, GUAM-ın iqamətgahında qurumun turizm üzrə İşçi qrupunun 10-cu iclası keçirilib. İclasda GUAM ölkələrinin turizm idarələrinin, şirkətlərinin, xarici işlər nazirliklərinin, habelə Ukraynada akkreditə olunmuş səfirliklərinin və qurumun Katibliyinin nümayəndələri iştirak ediblər.
   Forumda Yaponiya turizm agentliklərinin əlaqədar nümayəndələri üçün iyulun 18-29-da informasiya turunun keçirilməsinə hazırlıq, habelə Yaponiya KİV-lərinin nümayəndələri üçün press-turun keçirilməsinin əsas məsələləri müzakirə edilib.
   JATA World Travel Fair 2011 (Tokio, 28 sentyabr - 1 oktyabr) sərgisində iştiraka hazırlıq barədə informasiya dinlənilib. Tərəflər növbəti profilli iclası bu ilin sentyabrında keçirmək barədə razılığa gəliblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar