Parisdəki Per Laşez qəbiristanlığı xarici turistlərin mühüm ziyarət yerlərindəndir
   
   Dünyanın müxtəlif ölkələrində qəbiristanlıq turizmi inkişaf etdirilir. Turizmin bu növü Avropada geniş yayılmışdır. Məsələn, Parisdəki Per Laşez qəbiristanlığı Luvr kimi turizm obyekti sayılır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Əlimərdan bəy Topçubaşovun qəbri də buradadır.
   Latviyada da qəbiristanlıq turizmini inkişaf etdirməyə hazırlaşırlar. Mütəxəssislərin fikrincə, Riqa qəbiristanlıqları turistlər üçün maraqlı olacaq. Avropa fondlarının dəstəyi ilə iki il ərzində elektron məlumat bazaları, saytlar, interaktiv xəritələr yaradılacaq. Bundan əlavə, ənənəvi kağız bukletlər və sorğu kitabları da çap ediləcək. Şəhərdəki beş tarixi qəbiristanlığın hər birində xüsusi informasiya məntəqəsi yaradılacaq. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar