Qırğızıstan Prezidenti Sadır Japarov fevralın 10-da ölkənin sosial-iqtisadi, intellektual və mədəni potensialının inkişafında mühüm xidmətləri olan, habelə peşə fəaliyyətində yüksək nəticələr əldə edən vətəndaşlara dövlət təltiflərini təqdim edib.
“Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülənlər arasında Qırğızıstandakı “Türkel” Media Qrupunun rəhbəri, “Piramida” televiziya kanalında efirə gedən həftəlik “Dostluq körpüsü” verilişinin müəllifi və aparıcısı Hökumə Xəlilova da var. O, ölkənin ictimai-siyasi və mədəni həyatında xidmətlərinə görə bu mükafata layiq görülüb.
Qırğızıstan Prezidenti dövlət mükafatına və fəxri ada layiq görülənləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.