238 tələbədən 193 nəfəri məzun adını qazanıb

 Azərbaycan Turizm İnstitutu ikinci məzun buraxılışına hazırlaşır. Bu barədə Turizm İnstitutunun prorektoru Eldar Aslanov qəzetimizə məlumat verib.
   Prorektorun sözlərinə görə, bu il 238 tələbə dövlət imtahanına buraxılıb. Bu tələbələr bakalavr pilləsi üçün müəyyən edilmiş müvafiq 240 krediti toplayanlardır: “238 nəfər tələbədən 13 nəfəri ötən il dövlət imtahanından kəsilənlərdir”.
   E.Aslanov bildirib ki, ümumilikdə 193 nəfər bu il ATİ-nin məzunu adını qazanıb: “Tələbələr biletlərdə tərtib edilmiş sualların bir qismini ingiliscə, digər qismini seçdikləri xarici dildə cavablandırırdılar. Tələbələrin 45 nəfəri dövlət imtahanından kəsildi. Bunlardan 4 nəfəri ötən il institutumuzu bitirənlərdir. İkinci dəfə kəsilənlərin təkrar dövlət imtahanı vermək üçün yalnız bir şansı qaldı. Onu da bildirim ki, ötən illə müqayisədə bu il daha çox tələbə diplom ala biləcək”.
   Prorektor bu il Avstriyanın Krems Universitetinin diplomunu ala biləcək tələbələrdən də danışdı. Onun sözlərinə görə, 23 nəfər tələbə ikili diploma namizəddir: «Bu tələbələr artıq milli proqram üzrə dövlət imtahanını veriblər. İyulun 10-13-də Krems Universitetinin nümayəndələrinin, o cümlədən ali təhsil müəssisəsinin rektoru, professor Eva Vaqnerin iştirakı ilə ingilis dilində dövlət imtahanı götürüləcək. Hər iki proqramın məzunları üçün iyulun 14-də Beynəlxalq Muğam Mərkəzində ictimaiyyət nümayəndələrinin iştirakı ilə məzun törəni keçiriləcək».   

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar