İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 4 turizm müəssisəsinin inşasına güzəştli kredit ayırıb. Fonddan qəzetimizə daxil olan məlumatda bildirilir ki, maliyyələşdirilmiş layihələr üç regionu əhatə edir. Lənkəranda iki, Şəkidə və Xaçmaz rayonlarının hər birində bir mehmanxana kompleksi layihəsinə vəsait ayrılıb. Lənkəranda 28 otaqlı və Xaçmazda 36 otaqlı kompleks artıq istifadəyə verilib. Lənkəranda daha bir 50 otaqlı və Şəkidə 32 otaqlı mehmanxana kompleksinin tikintisi isə hələlik davam edir. Dörd layihə üzrə yeni açılacaq iş yerlərinin sayı 128-dir.
   Fonddan bildirilir ki, bu ilin «Turizm ili» olması bu sahəyə aid layihələrə diqqəti daha da artırıb.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar