Rusiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Aleksandr Soljenitsinin (1918-2008) yazı arxivi hərracda 4,4 milyon rubla (təxminən 57,5 min dollar) satılıb.

Rusiya mediasının məlumatına görə, yazıçının hərraca öz əli ilə yazılmış “QULAQ arxipelaqı”  romanı 350 min rubl başlanğıc qiyməti ilə 1,3 milyon rubla satılıb.

Ümumilikdə, hərrac zamanı arxivin qiyməti 1,76 milyon rubldan 4,4 milyon rubla yüksəlib. Arxivə avtoqraflar, müəllif yazıları daxildir.