Oğuzda yeni maddi mədəniyyət nümunələri aşkar edilib
   
   AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki, Qax və Oğuz arxeoloji ekspedisiyası Kərimli (Oğuz rayonu) kəndinin Qazıyeri ərazisində qazıntılar zamanı yeni maddi mədəniyyət nümunələri aşkar ediblər.
   
   Eramızdan əvvəl II minilliyin ortalarına aid olan kurqan və dəfn adətlərinin zənginliyi ilə diqqəti cəlb edən arxeoloji materiallar Azərbaycanda orta tunc dövrünə aid mədəniyyət, dövlətçilik ənənələrini öyrənməyə imkan verir.
   Qazıntı zamanı aşkar edilən maddi mədəniyyət nümunələri həmin dövrdə sənətkarlıq sahələri, xüsusilə dulusçuluğun, silah və zinət əşyalarının istehsalının yüksək səviyyəsindən xəbər verir. Dəfn çalasının bəzi spesifik cəhətləri - yandırılan tonqallar, üst qatlardakı ocaq yerləri və dəfn çalası həmin dövrün tikinti texnikası haqqında təsəvvür yaradır.
   Tapılan tunc əşya nəinki Cənubi Qafqaz, həmçinin region üçün yenilikdir. Arxeoloqların hakimiyyət rəmzi olduğunu güman etdikləri bu maraqlı kompozisiya Azərbaycanda orta tunc dövründə dövlətçilik ənənələrinin öyrənilməsi üçün yeni istiqamət verir. Tapılan maddi-mədəniyyət nümunələrinin turistlər üçün də maraq kəsb edəcəyi bildirilir. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar