İyulun 12-də «Ramada» hotelində Ukrayna və Azərbaycanın turizm fəaliyyəti ilə məşğul olan qurumlarının təmsilçilərinin görüşü keçirilib. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun qəzetimizə verdiyi məlumata görə, tədbirin məqsədi Azərbaycanla Ukrayna arasında turizm sahəsində əməkdaşlığı daha da genişləndirməkdir. Tədbirdə hər iki ölkənin turizm qurumları arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb.
   M.Ağakərimov bildirdi ki, Azərbaycanla Ukrayna arasında turizm əlaqələri hələ sovet dövründə geniş təşəkkül tapıb: «Hazırda ölkəmizdə turizm sahəsi sürətli inkişaf yolundadır. Ona görə də bu sahədə çalışanların birinci vəzifəsi turizm bazarını genişləndirməkdir. Sovet dönəmində Qərbi Ukraynanın mineral su mənbələrinə, Krıma, Yaltaya Azərbaycandan çoxsaylı turistlər gedirdi. Ukraynadan da bizim ölkəyə gələnlərin sayı çox idi. Hazırda bizim üçün Rusiya bazarından sonra ən əlverişli və böyük bazar Ukrayna bazarıdır. Bu bizim üçün həm də məsafə baxımından sərfəlidir. Eyni zamanda Ukrayna GUAM çərçivəsində də Azərbaycanın tərəfdaşıdır. Bu ölkənin təbiəti də gözəldir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Turizm Assosiasiyası belə bir tədbirin keçirilməsini təqdir edir».

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar