Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının əməkdaşı Günel Eyvazova Vətən müharibəsinin şəhid mayoru Emin Süleymanovun həyatı və döyüş yolu haqqında videoçarx hazırlayıb.

Videoçarxda bildirilir ki, Emin Bəhmən oğlu Süleymanov 1977-ci il iyulun 21-də İmişli rayonunun Xubyarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissələrində uğurla xidmət edib, müxtəlif medallara layiq görülüb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində şəhər və kəndlərimizin işğaldan azad olunmasında rəhbərlik etdiyi artilleriya heyəti ilə şücaət göstərib. Emin Süleymanov noyabrın 8-də Laçın döyüşləri zamanı şəhid olub.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, şəhid mayor ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Oxucular videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərlər: https://www.instagram.com/tv/CaEdZ76ABlO/?utm_source=ig_web_copy_link