Bu ilin yanvar-iyun aylarında Gürcüstana 1 milyon 108 min 914 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45 faiz çoxdur. Gürcüstana səfər etmiş turistlərin sayına görə Azərbaycan liderlik edir.
   Gürcüstan İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, 2011-ci ilin yanvar-iyun aylarında MDB ölkələrindən buraya gəlmiş turistlərin (672.928) çox hissəsi Azərbaycanın payına düşür. Azərbaycandan Gürcüstana 299.762 turist səfər edib. Bu, MDB ölkələrindən Gürcüstanın qonaqlarının ümumi sayının 45 faizi deməkdir. Keçən ilin müvafiq göstəricisi ilə müqayisədə bu rəqəm 43 faiz artıb.
   Bütövlükdə 2011-ci ilin yanvar-iyun aylarında Gürcüstana səfər etmiş əcnəbi qonaqların 70,7 faizini MDB ölkələrindən gəlmiş turistlər (672.928) təşkil edib. Bu, keçən ilin müvafiq göstəricisindən 47 faiz çoxdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar