Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və KOBİA yanında İctimai Şura tərəfindən fevralın 23-də “Yaradıcı sənayelərdə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirə keçiriləcək.

İctimai müzakirə post-pandemiya reallıqları, çağırışlar və yeni imkanlar, qazanılmış təcrübə və yeni texnoloji həllər; yaradıcı sənayelərin müasir biznes çağırışları, dövlət-özəl tərəfdaşlığının inkişafı, bilik-bacarıqların artırılması, effektiv sahəvi təşkilatlanma, müvəqqəti vergi güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli məzmun yaradıcılığı və istehsalın təşviqi kimi məsələləri əhatə edəcək.