Atatürk Mərkəzində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə yerli naşirlər və kitab mağazaları nümayəndələrinin görüşü keçirilib.
Görüşü ANAİB-in sədri, “Hədəf nəşrləri” və “XAN” nəşriyyatının təsisçisi Şəmil Sadiq açaraq ölkədə kitab nəşri, satışı və təbliğinin vəziyyəti barədə danışıb.
“Altun kitab” nəşriyyatının rəhbəri Rafiq İsmayılov ötən əsrin 90-cı illərindən bu günə kimi Azərbaycanda kitab bazarının keçdiyi yoldan danışıb. Keçmiş SSRİ dövründə, eləcə də müstəqillik illərində kitabın yayılmasında təşkilatçılıq, yaranan problemlər, iş mexanizmlərinin müqayisəli şəkildə üstünlük və çətinlikləri barədə məlumat verib.
“Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariq nəşr edilən kitabların oxucuya çatdırılmasında problemlərdən söz açıb.
Bakı Kitab Mərkəzinin satış meneceri Cəmilə Abdullayeva tərcümə kitablarının hazırlanmasında peşəkarlığın artırılmasının zəruriliyini vurğulayıb.
Tədbir müzakirələrlə davam edib.