Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Turizmə dəstək” gənclər koalisiyası və “Palmalife Lenkaran Resort” hoteli bir qrup jurnalistin iştirakı ilə Lənkərana tur təşkil etdi. İyulun 15-17-də gerçəkləşən səfər çərçivəsində Lənkəranda turizm imkanları ilə tanışlıq məqsədli bir sıra tədbirlər keçirildi.
  
   «Turizm ili» və 22 iyul - Milli Mətbuat Gününə həsr olunan turda jurnalistlərlə yanaşı incəsənət nümayəndələri də iştirak edirdi.
   Səfərin ilk günü “Palmalife Lenkaran Resort” hotelinin açılışı oldu. Bu münasibətlə tanınmış müğənnilər Brilyant Dadaşova, Elmira Ələkbərzadə, “Turizmə dəstək” gənclər koalisiyasının üzvləri olan gənc estrada və muğam ifaçıları Bahar Lətifqızı, Yaşar Yusub, Malik Həsənov, rəqqasə Səbinə Qasımova, meyxana ustaları Fuad Zəngəzur, Həbib Azərinin iştirakı ilə konsert proqramı təqdim olundu. Tədbirdə həmçinin Lənkərandakı “Cənub” televiziyasının çəkdiyi “Təlatüm” filmi təqdim olundu. Narkomaniyaya qarşı mübarizədən bəhs edən maarifləndirici xarakterli filmin ssenari müəllifi Bəxtiyar Axundov, rejissoru Şahin Muradovdur.
   Səfərin növbəti günü «Turizmə dəstək» koalisiyasının rəhbəri Ramiz Alıyev və “Palmalife Lenkaran Resort” hotelinin baş direktoru Zəfər Atakanın iştirakı ilə mətbuat konfransı keçirildi. R.Alıyev “Turuzm ili”ndə jurnalistlərin iştirakı ilə Azərbaycanın müxtəlif bölgələrinə təşkil olunan turların əhəmiyyətini vurğuladı: “Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən turlar bölgələrimizin zəngin turizm potensialının təbliğinə xidmət edir. “Palmalife Lenkaran Resort” hotelinin iştirakı ilə gerçəkləşən budəfəki turun 22 iyul - Milli Mətbuat Günü ərəfəsinə təsadüf etməsi xüsusilə əlamətdardır. Məqsədimiz Azərbaycanda turizmin inkişafına töhfə vermək və bu işdə KİV-in iştirakını təmin etməkdir”.
   R.Alıyev bildirdi ki, «Turizmə dəstək» gənclər koalisiyası turizmlə bağlı araşdırmalarını da davam etdirir: “Azərbaycanın regionlarında hotellərin inkişafını təbliğ etmək məqsədilə regionlara səfərlərimizi davam etdirəcəyik. Bu səfərlər çərçivəsində turizmdə olan problemləri də öyrənir, onların aradan qaldırılması üçün lazımi orqanlara müraciət edirik”.
   Daha sonra çıxış edən «Palmalife Lenkaran Resort»in baş direktoru Zəfər Atakan hotel barədə məlumat verdi. Qeyd olundu ki, hotel yüksək xidməti ilə seçiləcək. Hotelin həyətində inşa edilən böyük hovuzun ətrafında axşamlar musiqili-əyləncəli tədbirlər keçirmək üçün yaxşı şərait var. Bununla yanaşı, hotelin uşaqlar üçün futbol meydançası, idman zalı, uşaqlar üçün oyun zalı və s. var.
   Jurnalistlərin Lənkəran turu çərçivəsində daha sonra Lənkəranın səfalı yerlərinə səfər təşkil olundu. Jurnalistlər Lənkəranın meşələri, çaylarını gəzərək, bölgənin təbiəti ilə yaxından tanış oldular. Bütün bunlarla yanaşı Lənkəranda jurnalistlər arasında futbol yarışı da təşkil olundu. Tur iştirakçıları səfər müddətində Lənkəranın zəngin mətbəx nümunələrinin dadına da baxdılar.
  
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar