İsveçin Stokholm şəhərində onlayn formatda keçirilən ifaçılıq və bədii sənət üzrə “AURORA” II beynəlxalq müsabiqəsinə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbə və şagirdləri də qatılıblar.

Akademiyadan bildirilib ki, Xalq artisti Yusif Qasımovun quruluşunda BXA-nın orta ixtisas (kollec) təhsil pilləsinin tələbələrindən ibarət “Bakının ulduzları” rəqs ansamblı milli rəqs nominasiyasında, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda tam orta təhsil pilləsinin şagirdləri Şirin Əmiraslanova, Liana Bernadina, Leyla Dəmirova klassik rəqs nominasiyasında iştirak ediblər.

Klassik rəqs nominasiyasında Liana Bernadina, Şirin Əmiraslanova və Leyla Dəmirova I dərəcəli laureat, “Bakının ulduzları” rəqs ansamblı isə müsabiqənin Qran-pri mükafatına layiq görülüb.

Müsabiqəyə 18 ölkə təmsil olunub.