Bu yay turizm mövsümündə Azərbaycanın istirahət mərkəzləri ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri ilə birlikdə müxtəlif kampaniyalar həyata keçirir. Bunlardan biri də «4 gün qal, 3 gün ödə» və ya «8 gün qal, 6 gün ödə»dir. Kampaniya haqda məlumat verən «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, hər il yay turizm mövsümündən əvvəl turizm şirkətləri öz məhsullarının rəqabət qabiliyyətli olmasını təmin etmək üçün bir sıra işlər görürlər:
  
   “Bu il ölkəmizdə «Turizm ili» olduğundan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının tövsiyəsi var ki, turizm şirkətləri qiymətləri münasib və sabit saxlasınlar. Bu məqsədlə müxtəlif hotel və mehmanxanalarla bir sıra aksiyalar həyata keçirməyi qərara almışıq. Bunlardan biri «4 gün qal, 3 gün ödə», «8 gün qal, 6 gün ödə» kampaniyasıdır. Artıq bir aydır bu kampaniyaya start verilib. Aksiya Nabranda yerləşən «Palma» istirahət mərkəzində gerçəkləşdirilib. Artıq kampaniya öz effektini verib. Belə ki, istirahət mərkəzi rəhbərliyindən aldığımız məlumata görə, nəinki həftəsonu, həftəarası günlər üçün də yerlər bir neçə həftəlik tutulub. Sifarişlərin 40 faizi turizm şirkətləri tərəfindən verilib. Güman edirəm ki, bu qiymət enmələri turizmin kütləviliyini təmin edəcək və müəyyən bir dövriyyənin formalaşmasına şərait yaradacaq. Ən azından biz nikbin baxırıq ki, bu il həm turizm şirkətləri, həm də mehmanxanalar yüksək gəlir əldə edə biləcəklər».
   Şirkət rəhbəri onu da qeyd etdi ki, mövsümdən əvvəl dövrü mətbuatda, internet saytlarında, televiziyalarda intensiv olaraq reklamlar yerləşdirilib: «Düşünürəm ki, bunun da effekti böyükdür. Son vaxtlar media ilə turizm şirkətləri arasında yaranmış qarşılıqlı anlaşma və sıx əməkdaşlıq da bizim təbliğatımızı düzgün qurmağımıza kömək edir».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar