Azərbaycanın mədəni irsi torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində məhv edilib. Yaşayış məskənləri, tarixi, dini və mədəni abidələrimiz dağıdılıb.

Xarici işlər naziri Ceyhun Bayramov bu sözləri martın 2-də BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında çıxışı zamanı deyib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan mənşəyindən asılı olmayaraq, azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin ən yüksək səviyyədə bərpasına çalışır. Diqqətə çatdırılıb ki, ölkəmiz münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil UNESCO texniki missiyasının göndərilməsi ilə bağlı danışıqlar aparır.