10 mart – Milli Teatr Gününü premyera ilə bayram edəcək teatrlar sırasında Füzuli Dövlət Dram Teatrı da var.

Sənət ocağı həmin gün teatrsevərlərə “Nar şirəsi” adlı yeni tamaşanı təqdim edəcək.

Səbinə Haqverdiyevanın pyesi əsasında psixoloji dram janrında hazırlanan tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib.

Həyatı sevmək və onun uğrunda mübarizə aparmağın səhnə təsviri olan “Nar şirəsi”nin quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edirlər.

Premyera günü tamaşaçılar üçün teatrın Horadiz şəhərindəki binasına ekskursiya da təşkil olunacaq. Qonaqlar teatrın sexləri, tamaşalar üçün hazırlanan eskizlər, butaforlar və s. ilə tanış olmaq imkanı qazanacaqlar.