“Turizm ili” çərçivəsində Binəqədi və Xəzər rayon gənclər və idman idarələrinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ekskursiya təşkil olunub.
   İyulun 27-də ekskursiyanın ilk mərhələsində gənclər Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə tanış olub. Gənclərə muzeyin yaradılması, buradakı eksponatlar haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, muzey 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və bərpa olunub.
   Gənclər Mərdəkan qalasında da olub. Bələdçi onlara qalanın yaranma tarixi, müdafiə xarakterli olması, strateji mövqeyi haqqında ətraflı danışıb. Qeyd edək ki, hazırda Mərdəkan qalasının əsaslı təmirinə ehtiyac var.
   Ekskursiyanın üçüncü mərhələsində gənclər Mərdəkan Dendrarisinə gəliblər. Gənclər burada adları “Qırmızı kitab”a düşmüş nadir flora və fauna nümunələri ilə tanış olub və Murtuza Muxtarovun ev-muzeyini ziyarət ediblər.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar