Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” (“Çay söhbətləri”) proqramı çərçivəsində növbəti karyera səfəri Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə (MEDİA) olub.

MEDİA-dan bildiriblər ki, görüş zamanı tələbələr agentliyin əməkdaşları ilə tanış olaraq, qurumun fəaliyyəti və media sahəsində həyata keçirilən islahatlar haqqında məlumat əldə ediblər. Agentliyin layihələri və fəaliyyət istiqamətləri, eyni zamanda, media ilə bağlı digər mövzularla əlaqədar tələbələrin sualları cavablandırılıb.

Agentliyin icraçı direktoru Əhməd İsmayılov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, fəal gənclərin qurumun müxtəlif layihələrində və təcrübə proqramlarında iştirakının nəzərə alınacağını deyib.