Paytaxtdakı Kamera və Orqan Musiqi Zalında növbəti konsert proqramı təqdim olunub. Martın 9-da burada klavesin musiqisi axşamı keçirilib.

Konsertdə solist Xurşid Abdullayeva ilə yanaşı, istedadlı musiqiçilər Nemət Tanrıverdiyev (trombon), Məmməd Rəcəbli (klarnet), Nigar Məmmədova (orqan) öz ifaları ilə dinləyicilərə xoş təəssürat bəxş ediblər.

Proqramda Alfred Şnitkenin klavesin və trombon üçün "Qədim üslubda suita", Rüfət Ramazanovun klavesin üçün "On iki miniatür",  İlham Azmanlının klavesin, klarnet, orqan üçün "Vaxiana-Vakuana" əsərləri səsləndirilib.