Xəbər verdiyimiz kimi, Qobustan Milli Tarix-Bədii Qoruğunun tanıtım layihəsi çərçivəsində “Qavaldaş” animasiya filmi hazırlanıb.

Filmin süjet xəttini babalarının Qobustana gətirdiyi iki uşağın bu abidələrlə tanışlığı zamanı keçmiş aləmə düşməsi, buradakı qayaüstü təsvirlərdə yer alan qəhrəmanlar vasitəsilə qədim dövrlərə səyahət edərək, ulu əcdadlarının həyat tərzi ilə tanış olmasından bəhs edir.

Artıq Qobustan Milli Tarix-Bədii Qoruğuna gələn uşaqlar ekskursiya zamanı “Qavaldaş” animasiya filmini də izləmək imkanı qazanırlar.

Yaxın zamanlarda ekran əsərinin rus və ingilis dillərinə dublyaj olunması da nəzərdə tutulur.

Hazırda filmi qoruğun “Youtube” kanalında da izləmək olar.