Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində uşaqlar üçün “Gəl, gəl, a yaz günləri!” adlı ustad dərsi təşkil edilib.

Əvvəlcə muzeyin ekspozisiyası ilə tanış olan uşaqlara Novruz bayramının tarixi və ustad dərsinin mahiyyəti barədə qısa məlumat verilib.

Sonra uşaqlar muzey əməkdaşlarının köməyi ilə Novruz xonçası üçün rəngbərəng və naxışlı yumurtalar boyayıblar. Balaca qonaqlara Azərbaycan xalq rəqslərindən bəzi elementlər də öyrədilib. Novruz şənliklərinin ayrılmaz hissəsi olan “yumurta döyüşü”, “kasa oyunu”, tapmacalar, yanıltmaclar və s. kimi əyləncəli və maarifləndirici oyunlar keçirilib.

Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.