Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında şair Almas İldırımın (1907-1952) anadan olmasının 115 illik yubileyi ilə əlaqədar "Azərbaycan mühacir poeziyasının görkəmli nümayəndəsi" adlı tədbir keçirilib. Tədbirdə Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova, kitabxananın əməkdaşı Fidan Kərimova və digər qonaqlar çıxış ediblər.

MKS-nin Mərkəzi Kitabxanasında isə Uşaq şöbəsinin təşkilatçılığı ilə uşaq yazarının 80 illiyi ilə əlaqədar "Uşaqların sevimlisi – Zahid Xəlil" adlı tədbir gerçəkləşib. Uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonda fəal oxucular şairin uşaqlar üçün qələmə aldığı şeirlərdən nümunələr söyləyiblər.

Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsi Gəncə şəhər Mərkəzi Kitabxanası ilə birlikdə yazıçı Əlfi Qasımovun (1927-1985) anım günü (12 mart) münasibətiləonlayn tədbir keçirib. Tədbirə şair və yazıçılar, Əlfi Qasımovun bacısı Etibar Qasımova, qızı Gülnar Verdiyeva, digər qohumları, Cənubi Azərbaycandan “Körpü” jurnalının redaktoru Səxavət İzzəti, kitabxananın oxucuları qatılıb. AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə QədimovaƏlfi Qasımovun yaradıcılığından ətraflı bəhs ediblər. Gülnar Verdiyeva tədbirin təşkilinə görə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini danışıb.