Azərbaycan Turizm Assosiasiyası avqustun 29-dan sentyabrın 5-dək Ukraynanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə bu ölkənin «Karpatı» sanatoriyasına infotur təşkil edəcək. AZTA-dan verilən məlumatda bildirilir ki, infoturun keçirilməsində məqsəd hər iki ölkə arasında turizm sahəsində əlaqələri gücləndirmək, aparıcı turizm şirkətlərinin bir-biri ilə əməkdaşlığını dərinləşdirməkdir.
İnfotur zamanı iştirakçılar Truskavets və Morşin sanatoriya-kurort müəssisələrində olacaq, eyni zamanda Lvov və Karpat dağlarına təşkil edilən ekskursiyalarda iştirak edəcəklər. İnfoturda AZTA-nın üzvü olan turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Fəxriyyə Abdullayeva