Yaponiyanın aparıcı turizm agentliklərinin nümayəndələri GUAM ölkələrinə informasiya turu həyata keçiriblər. GUAM təşkilatının internet saytında verilən məlumata görə, 10 günlük turun məqsədi yaponiyalı turizm mütəxəssislərini GUAM ölkələrinin turizm potensialı ilə tanış etmək və gələcəkdə sıravi yapon turistlərini bu ölkələrə kütləvi səfər etməyə təşviq etmək olub.
Yaponiyanın beş turizm şirkətinin təmsilçiləri Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ən füsunkar məkanlarına baş çəkiblər. Yaxın zamanlarda GUAM ölkələrinə Yaponiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün də oxşar turun təşkil ediləcəyi gözlənilir.
Fəxriyyə Abdullayeva