Avropa İttifaqı, BMT və Dünya Bankının birgə “Bərpa və sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində paylaşım edib.

Prezidentin köməkçisi qeyd edib ki, səhra missiyası işğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında həyata keçirilib. “Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir”, – deyə Hikmət Hacıyev paylaşımda bildirib.