Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, 4 nömrəli kitabxana filialı və 1 nömrəli idman liseyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider – Heydər Əliyev” adlı dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Heydər Əliyevin şərəfli ömür yolu, müasir Azərbaycanın qurucusu və memarı kimi müstəsna xidmətləri haqqında məruzə dinlənilib.

Bədii hissədə 1 nömrəli idman liseyinin şagirdləri Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından nümunələr səsləndirib, mahnılar ifa ediblər. Həmçinin Məmməd Namazın “Hamının günəşi” adlı hekayəsinin motivləri əsasında səhnəcik nümayiş etdirilib.

Sonda tədbir iştirakçıları kitabxanada təşkil edilmiş Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və kitablardan ibarət stendlərlə tanış olublar.