“ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evi”ndən hekayələr” media layihəsi davam edir.

Layihə rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır.

Layihənin növbəti buraxılışında şuşalı yazıçı, pedaqoq Məhərrəm Əlizadənin (1909-1942) “Bacıqızının konspektləri” hekayəsi təqdim olunub.

Əsəri ADA Universitetinin kommunikasiya və rəqəmsal media ixtisası üzrə müəllimi Şəfəq Mehrəliyeva qiraət edib. O, qiraətə başlamazdan öncə insanın dünyagörüşünün formalaşmasında mütaliənin əhəmiyyəti haqqında söz açıb, görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlalın bu barədə fikirlərini diqqətə çatdırıb: “Günəş torpağın dərinliklərinə nüfuz edib onun bahar həyatını oyadan kimi, kitab da bəşəriyyətin ən geniş təbəqələrini həyata, azadlığa və səadətə çağırır”.

Hekayəni https://www.facebook.com/ASANRadio/videos/2501246166678978 linki vasitəsilə dinləmək olar.