Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Bununla bağlı BMT-nin Azərbaycandakı Nümayəndəliyinin “Twitter” səhifəsində video paylaşılıb.

“BMT-nin Azərbaycandakı ailəsi adından hər birinizə xoşbəxt və sağlam Novruz arzulayıram. Azərbaycanlılar da daxil olmaqla dünyada 300 milyondan çox insan 3000 ildən çoxdur ki, bu bayramı və baharın gəlişini qeyd edir. Novruz sülhü, həmrəyliyi və barışığı təşviq edir. İlk dəfədir ki, Azərbaycanda ailəmlə Novruzu qeyd edəcəyik. Biz də ənənəyə uyğun olaraq süfrəmizi səməni, şəkərbura və paxlava ilə bəzəyəcəyik. Novruz bayramınız mübarək”, – deyə təbrik videosunda bildirlir.