İyulun 9-16-da Azərbaycan Turizm Assosiasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsgəndərzadə İspaniyada səfərdə olub. O, Dünya Turizm Təşkilatının Madriddə yerləşən ofisində görüş keçirib, İspaniyanın Qalisiya bölgəsinə və "Basklar ölkəsinə" (muxtar vilayət) səfər edib.
   Səfər Azərbaycanla xarici ölkələr arasında mətbəx turizminin inkişaf perspektivlərini müzakirə etmək məqsədilə təşkil olunub. C.İsgəndərzadə DTT-nin poqramlar şöbəsinin müdiri Xavyer Blanko və koordinatoru Dmitri İlinlə Azərbaycanda mətbəx turizminin inkişafı istiqamətində görüləcək işlər, həmçinin DTT ilə AZTA arasında gələcək əməkdaşlıq münasibətlərinin genişləndirilməsini müzakirə edib.
   AZTA təmsilçisi səfər müddətində Qalisiya bölgəsinin paytaxtı Santyaqo de Kompostelladakı Mehmanxana Təsərrüfatı Mərkəzinə də baş çəkib, mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Sonra "Basklar ölkəsinə" - Bilbao şəhərinə səfər edib. Şəhərin Turizm Departamentinin vitse-prezidenti Mariya Pilar Salvo ilə görüşüb. Görüş zamanı qonaqpərvərlik turizminin inkişafına həsr edilmiş təqdimat keçirilib. AZTA nümayəndəsi eyni zamanda Bilbao şəhərinin Qonaqpərvərlik Məktəbində və San-Sebastyan şəhərinin Kulinariya Mərkəzində də müxtəlif görüşlər keçirib, İspaniya və Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar