İğdırda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi Novruz bayramı münasibətilə türk dünyasından gələn sənətçiləri qəbul edib.

Türkiyədə fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyinin Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən təşkil edilən bayram mərasimi Novruz ənənələrinə uyğun proqramlarla zəngin olub. Novruz xonçaları, yaşıl səmənilər, boyanmış yumurtalar iştirakçıların bayram ovqatını daha da yüksəldib.

İğdır Kültür və Turizm Müdirliyində keçirilən tədbirdə dərnəyin başqanı Ziya Zakir Acar Novruz bayramı barədə fikirlərini bölüşüb, Türk dünyasını təmsil edən sənətçilərin, musiqi qruplarının İğdırda bir araya gəlməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Sonra türk dünyasını təmsil edən musiqi qruplarının rəngarəng ifaları təqdim olunub.

Ağrı dağının yamacına qalxan qonaqlar Şərqi Anadolunun gözəlliyini, rəngarəng təbiətini heyranlıqla qarşılayıblar. Qonaqlara bölgənin tarixi barədə ətraflı məlumat verilib.