Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə martın 30-dan aprelin 3-dək Nizami Kino Mərkəzində Braziliya filmlərinin festivalı keçiriləcək.

Festival Mədəniyyət Nazirliyi və Braziliya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

Festival çərçivəsində 4 bədii və 1 sənədli filmin nümayişi planlaşdırılır.

Festivalın proqramı bu linkdə: https://www.facebook.com/mct.gov.az/posts/304281141792994