Novruz bayramı münasibətilə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə bayram tədbiri təşkil olunub.

Tədbirə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, Novruzu milli bayram kimi qeyd edən ölkələrin diplomatları, İsveçrə ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız qatılıblar.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov təbrik nitqi ilə çıxış edib, Novruzun fəlsəfəsi haqqında söz açıb.

Sonra Azərbaycan diasporunun fəalları Mariya Xan Xoyskayanın rəhbərlik etdiyi uşaq yaradıcılıq qrupu şeir və mahnılar oxuyub, milli rəqslərimizi ifa edib və səhnəciklər nümayiş etdiriblər.

Tədbir iştirakçılarına milli şirniyyatlarımız və təamlarımız təqdim olunub.