Mahir Qəhrəmanov: “Qanun Azərbaycanda turizm sahəsinin inkişafına əlavə imkanlar yaradacaq”
   
   Ölkə prezidenti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan məsələlərdən biri də bu ilin sonunadək «Turizm haqqında» qanunun yeni layihəsinin Milli Məclisə təqdim edilməsidir. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini - Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, yeni qanun layihəsinə artıq Nazirlər Kabinetində baxılıb və sənəd razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib.
   M.Qəhrəmanovun sözlərinə görə, «Turizm haqqında» yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə imkanlar yaradacaq: “Hazırda qüvvədə olan «Turizm haqqında» qanun və 2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı çərçivəsində biz müvafiq işlər görmüşük. Bundan sonrakı mərhələdə daha yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, dünya standartlarına uyğun turizm xidmətini təşkil etmək, turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə uyğunlaşdırmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var. Yeni qanun bizə imkan verəcək ki, daha geniş təsir vasitələrini işə salaq. Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, mədəniyyət obyektlərinin turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili, regionlarda turizmin inkişafı, turizmin müxtəlif növlərinin təşviqi baxımından bizə əlavə imkanlar verəcək”.
   M.Qəhrəmanov dedi ki, yeni qanun bu günün tələblərinə cavab verəcək: “Artıq müstəqil Azərbaycanın turizm sahəsində müəyyən təcrübəsi var. Respublika daxilində sərgilər keçirilir, ölkəmiz beynəlxalq turizm sərgilərində iştirak edir, turizm potensialımız dünyanın məşhur kanallarında reklam olunur. Əvvəllər beynəlxalq sərgilərdə yalnız nazirlik təmsil olunurdusa, indi bu sıraya turizm şirkətləri də qoşulub. Bu kimi məsələlərdə də yeni turizm qanununa ehtiyac var».
   Nazirlik rəsmisinin sözlərinə görə, yeni qanunda beynəlxalq normalar, bu çərçivədə Mədəniyyət və Turizm Nazirliyi qarşısında duran vəzifələr, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin tənzimlənməsi və s. mühüm məsələlər əksini tapacaq.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar