Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 173 nömrəli tam orta məktəbin şagirdləri ilə birlikdə tədbir keçirilib.

Tədbiri MKS-in direktoru Lətifə Məmmədova açaraq şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi ”Səmaya məktublar”, “Cənnətdən gələn hədiyyə” kitabları haqqında məlumat verib.

Esmira Günəş “Səmaya məktublar” kitabında şəhidlərimizin yarım qalan arzularını və doğmalarının yarım qalan arzularını qələmə aldığını qeyd edib. Bildirib ki, “Cənnətdən gələn hədiyyə” kitabı ailənin tək övladı olmuş şəhid Rüfət Mustafayevin xatirəsinə ithaf edilib.

Tədbirdə kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova, 173 nömrəli tam orta məktəbin 3a sinfinin rəhbəri Məleykə Qəhrəmanova, şəhid-jurnalist Məhərrəm İbrahimovun həyat yoldaşı Bahar İbrahimova çıxış ediblər.

Şəhid Səbuhi Əsədovun anası Cahan Əsədova, şəhid İlkin Xosrovzadənin anası  Bəturə Xosrovzadə, şəhid Rəsul Sadıqovun anası Elnarə Sadıqova övladları haqqında xatirələrini bölüşüblər.

173 nömrəli tam orta məktəbin 3a sinfinin  şagirdləri Esmira Günəşin şəhidlərə həsr olunmuş şeirlərini söyləyiblər.

Tədbirin sonunda müəllif “Səmaya məktublar”, “Cənnətdən gələn hədiyyə” kitablarını kitabxanaya hədiyyə edib.