Mayın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək.

"Mənim Azərbaycanım" adlı konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə reallaşacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" konsert proqramı ilk dəfə 2017-ci ildə sənətsevərlərə təqdim olunub.

Məşhur xoreoqraf, Rusiyanın Xalq artisti Dikalu Muzakayevin bədii rəhbərliyi ilə ərsəyə gələn proqrama Azərbaycanın milli rəqsləri, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış birpərdəli milli balet daxildir. Azərbaycan Dövlət Rəqs Ansamblı bu proqramla Moskvada və İstanbulda da çıxış edib.

Heydər Əliyev Sarayında keçiriləcək konsertdən əldə olunacaq vəsait şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.