Almaniyanın "Aphorismen.de" ədəbiyyat portalında Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Xalq şairi Ramiz Rövşənin "İlan balası" şeiri və poeziyasından seçmə misraları yayımlanıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan materialın alman dilinə sətri tərcümə müəllifi Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Məryəm Səmədova, bədii redaktoru Tomas Şefterdir.

Portalda materiala keçid bu linkdə: https://www.aphorismen.de/autoren/person/11630/Ramiz+Rovshan