Aprelin 2-3-də Bakıda ilk dəfə Uşaq kitab festivalı keçiriləcək. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “Passaj”da (N.Rəfibəyli küçəsi 12/14) gerçəkləşəcək festivalda müxtəlif nəşriyyatlar və kitab evləri uşaq kitablarını sata biləcəklər.

Bundan başqa, festivalda müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazarları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək.

Tədbirdə həmçinin Türkiyədən dəvət olunmuş tanınmış uşaq yazıçılarının imza mərasimləri təşkil ediləcək.

Nurəddin