Ağdaş RMİ Ağdaş rayon Mərkəzi Kitabxanası və “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” adlı layihə çərçivəsində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq mənəvi dəyərlərin qorunmasına və inkişafına dəstək olanlara öz təşəkkürünü bildirib. Vurğulayıb ki, kitabxanaların da əsas məqsədi uşaqlarımızın həyatına yeni dəyərlər gətirmək, inkişaf edən dünyamızda onların mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, daha savadlı, zəkalı böyümələrinə təkan verməkdir.

Tədbirdə həmçinin AMEA-nın Coğrafiya İnstitutunun böyük elmi işçisi Sevinc Məmiyeva, “Cığır” İB-nin sədri, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva və digər qonaqlar çıxış ediblər.

Sonda tədbir iştirakçıları “Hər kitab bir xəzinədir” adlı sərgi ilə tanış olublar. İctimai birlik tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.

Nurəddin