1992-ci ilin aprelində şəhərin erməni qüvvələrinin əlinə keçməsinə bir neçə həftə qalmış Şuşanı tərk edən sonuncu əcnəbi jurnalist mən olmuşam. Həmişə geri qayıtmaq istəyirdim və 2020-ci ildə şəhərə gələn ilk jurnalist mən oldum.

Bu fikirlər məşhur fotoreportyor Reza Deqatinin Şuşadan çəkdiyi videopaylaşımda yer alıb.

Fotoqraf “İnstagram” səhifəsindəki paylaşımında yazır: “Azərbaycan abidələrinin bu dərəcədə vandalizm və geniş çaplı dağıdılması məni sarsıtdı. Mən bütün Qarabağı, xüsusən Şuşanı işğaldan azad olunduğu gündən fotolarını çəkirdim və onu qar altında çəkib Novruzda orda olmağı arzulayırdım. Hər iki arzum bir anda gerçəkləşdi. Sevimli bağçasında oynayan uşaq kimi idim. Mütləq Şuşaya gəlin. Ümid edirəm ki, bəyənəcəksiniz...”.