Bakı bulvarının – Dənizkənarı Milli Parkının sanitariya-mühafizə zonasının ümumi sahəsi təsdiq edilib.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Baş nazir Əli Əsədovun imzaladığı 28 mart 2022-ci il tarixli qərar “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikası Dənizkənarı Milli Parkının sanitariya-mühafizə zonası 535,33 hektarlıq sahədə təsdiq edilib. Qərara sözügedən sahənin xəritəsi əlavə edilib.