Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) “Alov” rəqs qrupu 26-27 mart tarixlərində Şəki şəhərində keçirilən “Böyük Qafqaz incəsənət və rəqs kuboku” yarışmasında uğur qazanıb.

Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihədə məktəbin “Alov” qrupu “Xarıbülbül” və “Yallı” rəqslərinə görə yarışmanın kubokuna, “Kintauri” (gürcü) və “Tatar” rəqslərinə görə isə I yerə layiq görülüb.

Xatırladaq ki, MİM-in Xoreoqrafiya və rəssamlıq şöbəsinin rəqs ixtisası üzrə müəllimi Emil Pənahovun rəhbərlik etdiyi “Alov” rəqs qrupu 2017-ci ildə Gəncə şəhərində keçirilən “Kəpəz kuboku” müsabiqəsində də dörd nominasiya üzrə birincilik əldə etmişdi.